Ana Sayfa > Ölkə > Koronavirus xəstəsi yas mərasimində

Koronavirus xəstəsi yas mərasimində


22-10-2021, 11:43. Yazar: sevinc1
Koronavirus xəstəsi yas mərasimində

Salyanda evi tərk edən COVID-19 xəstəsi ictimai yerdə saxlanıldı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adıçəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən İ.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

aia.az
Geri dön