Ana Sayfa > Ölkə > Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb
Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb21-10-2021, 16:45. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 509 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 696 nəfər müalicə olunaraq sağalıb, 6 829 nəfər vəfat edib, aktiv xəstə sayı 21 337 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 533, ötən müddət ərzində isə ümumilikdə 5 069 352 test aparılıb. aia.az Geri dön |