Ana Sayfa > Manşet / Siyasət > Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi21-10-2021, 15:03. Yazar: sevinc1 |
![]() Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, lakin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm. aia.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandırarkən deyib. O bildirib ki, Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə bərabər, bəzi infrastruktur obyektlərinin açılışında da iştirak edəcək. Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidentinin oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. aia.az Geri dön |