Ana Sayfa > İdman > "Qarabağ" bugünkü oyunda Elnur Əşrəfoğlunun xatirəsini belə anacaq

"Qarabağ" bugünkü oyunda Elnur Əşrəfoğlunun xatirəsini belə anacaq


21-10-2021, 13:31. Yazar: sevinc1
"Qarabağ" bugünkü oyunda Elnur Əşrəfoğlunun xatirəsini belə anacaq

Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək "Qarabağ" - "Kayrat" oyununda tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq.

Qol.az xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına 1 saat qalmış (19:45-də) Respublika Stadionunun bütün elektron tablolarında E.Əşrəfoğlunun şəkli əks olunacaq. Bununla bağlı artıq UEFA nümayəndəsinin razılığı alınıb.

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

E.Əşrəfoğlu oktyabrın 19-da koronavirus xəstəliyindən dünyasını dəyişib.

aia.az
Geri dön