Ana Sayfa > Seçki 2024 > Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytardı

Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytardı


21-10-2021, 09:52. Yazar: sevinc1
Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytardı

Dövlət Gömrük Komitəsi ölkələrinə qaytarılan İran vətəndaşları ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb.
Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar".

AİA.Az
Geri dön