Ana Sayfa > Ölkə > Qaxda ev əşyaları ilə birgə yanıb

Qaxda ev əşyaları ilə birgə yanıb


20-10-2021, 17:52. Yazar: sevinc1
Qaxda ev əşyaları ilə birgə yanıb

Qax rayonunun Qaxbaş kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az
Geri dön