Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 2 303 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycanda 2 303 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib20-10-2021, 16:42. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 303 yeni yoluxma faktı qeydə alınıb, 1 010 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 507 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 480 685 nəfər müalicə olunaraq sağalıb, 6 809 nəfər vəfat edib, aktiv xəstə sayı 20 363 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 075, ötən müddət ərzində isə ümumilikdə 5 056 819 test aparılıb. aia.az Geri dön |