Ana Sayfa > Ölkə > Mayor Cəfərov Şahlar və Əsgərov Firavanın il mərasimi keçirilib
Mayor Cəfərov Şahlar və Əsgərov Firavanın il mərasimi keçirilib20-10-2021, 16:38. Yazar: sevinc1 |
![]() Bu gün Sabirabad rayonunda Vətən Müharibəsi zamanı qəramacasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış Mayor Cəfərov Şahlar Fəzail oğlunun və Əsgərov Firavan Xanbala oğlunun il mərasimi keçirilib. YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəal üzüvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti ilə birlikdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən şəhidlərimizin il mərasimində iştirak edib və şəhidlərimizin ailə üzüvləri ilə görüş keçiriblər. Görüş zamanı İgidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub, şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıblar. Şəhid yaxınları və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. aia.az Geri dön |