Ana Sayfa > Seçki 2024 > "Rəmişdən sonra heç kim qapımı döymür" -

"Rəmişdən sonra heç kim qapımı döymür" -


20-10-2021, 12:14. Yazar: sevinc1
"Rəmişdən sonra heç kim qapımı döymür" -

“Rəmişsiz nə istini, nə soyuğu, nə də canımım ağrısını bilirəm. Rəmişsiz həyatım çox çətindir. Məndə onunla öldüm”.

Bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Güllü Unikal.org-a açıqlamasında deyib. O, hər gün Rəmişin məzarını ziyarət etdiyini açıqlayıb:

“Başımı Rəmişin məzarını ziyarətlə qatıram.Danışıram, amma cavab verən olmur. Kor-peşman evimə qayıdıram. Nə qədər ayağım yer tutur onun məzarını ziyarətə gedəcəm”.

Güllü xanım Rəmişdən sonra evinə sənət adamlarından yalnız Qədir Rüstəmovun qızı Sevil xanım gəldiyini bildirib:

“Heç kim gəlmir, bircə Sevildən başqa. Gələnim-gedənim yoxdur. Sənət adamları elə Rəmişin vaxtında gəlirdi. Təyyar Bayramov, Milli Qəhrəman İbad Hüseynov sağ olsunlar ki, zəng edib, hal-əhval tuturlar. Rəmişdən bircə ev qalıb. Avtomobildə yoxdur. 264 AZN təqaüdlə dolanıram. Heç bir yerdən gəlirim yoxdur. Soğan-çörəkdə yesəm yenə də şükür edirəm”.

Həmçinin də, Güllü Hüseynova Rəmişin məzar daşını xaricdə yaşayan bir dostu tərəfindən düzəldiyini ifadə edib.

aia.az
Geri dön