Ana Sayfa > Seçki 2024 > Ermənistanın hərbi cinayətləri

Ermənistanın hərbi cinayətləri


20-10-2021, 12:01. Yazar: sevinc1
Ermənistanın hərbi cinayətləri

Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı təxminən 30 illik müddətdə böyük dağıntılar törədib, ölkəmizə milyardlarla dollar həcmində ziyan vurub. Bu ölkənin işğalçı və terrorçu hərbi qüvvələri Qarabağda daşı-daş üstündə qoymayıblar. Beynəlxalq ictimaiyyət tərəfindən heç bir qınaqla qarşılaşmamış, əksinə, bəzi Qərb dövlətləri tərəfindən şirnikləndirilmiş bu terrorçu ölkə 44 günlük müharibə dövründə də beynəlxalq hüquq baxımından hərbi cinayət hesab olunan dəhşətli əməllər törətməkdən qalmayıb.
Nəhayət, ötən ilin sentyabr ayının 27-də Azərbaycan Ermənistanın hərbi təxribatlarından bezərək, tarixi torpaqlarını azad etmək üçün əks-hücuma keçdi və bir sıra ərazilərini hərbi yolla düşməndən təmizlədi. Ancaq hərbi əməliyyatların da¬vam etdiyi dövrdə də Ermənistan Azərbaycana qarşı hərbi cinayətlərini davam etdirmişdir.

Amma bu barbar ölkənin 30 illik işğal dövründə törətdiyi cinayətlər də hesabagəlməzdir. Azərbaycanın işğal altındakı rayon və kəndləri bütünlüklə dağıdılıb, infrastruktur yerlə-yeksan edilib, yaşayış və inzibati binalar sökülərək daşı¬na, ağacına qədər Ermənistana daşınıb. Bütün bunlar barəsində Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlar xarici KİV-ə verdiyi müsahibələrində, eləcə də xalqa çoxsaylı müraciətlərində və xarici ölkə diplomatları ilə görüşlərində ətraflı məlumat verib. Dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransa¬dan olan həmsədri Stefan Viskon¬tini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən də dövlət başçısı bu cinayətlər haq¬qında danışaraq bildirib ki, erməni işğalçıları Azərbaycan ərazilərindən qovulduqca törətdikləri cinayətlər üzə çıxıb. Onlar Azərbaycan ərazilərində yaşadıqları halda belə, tikmədikləri evləri yandırıblar, gördükləri hər şeyi dağıdıblar. Prezidentin sözlərinə görə, onlar özlərini vəhşi kimi aparıb¬lar: Azərbaycan torpaqlarını tərk edərkən hətta rayonlarımızdakı bütün su elektrik stansiyalarını dağıdıb, meşələrimizi yandırıb və ağaclarımızı kəsiblər: “Mən işğaldan azad olunan ərazilərə səfərim zama¬nı o torpaqlarımızı nə vəziyyətə sal¬dıqlarının şahidi oldum” deyə cənab Prezident bildirmişdir.
Prezident İlham Əliyev xatırla¬dıb ki, Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər edib, Ermənistan rejiminin hərbi cinayətlərinin, şəhərlərimizi dağıtmasının şahidi olublar. Qubadlı və Zəngilanda suriyalı erməniləri yerləşdirməyi planlaşdırıblar və onlardan muzdlular kimi istifadə ediblər. Bununla bağlı Azərbaycanda saysız-hesabsız faktlar var.
Bütün bu deyilənlərdən belə nəticəyə gələ bilərik ki, Ermənistan kimi təcavüzkar, işğalçı, terrorçu, vəhşi və barbar bir ölkə ilə qonşu olduğu müddətdə Azərbaycan hər cür təxribata hazır olmalıdır. Özünün strateji və taktiki addımlarını elə hesablamalıdır ki, bundan sonra bölgəmizdə heç bir təhlükə ayaq tuta bilməsin. Bunun qarantı isə, təbii ki, Azərbaycan Ordusudur. Demək, ordumuz həmişə güclü və çevik olmalıdır. Onda düşmən də baş qaldıra bilməyəcək.

Faiq Abdullayev,
Salyan rayon Marışlı kənd tam orta məktəbin hərbi rəhbəri,
Vətən müharibəsi iştirakçısı

Geri dön