Ana Sayfa > Ölkə > Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib
Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib19-10-2021, 16:12. Yazar: sevinc1 |
![]() İşğaldan azad edilən ərazilərdə yeni milli parklar yaradılacaq. Artıq bu parkların yerləri müəyyənləşib. Bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. Nazir müavini bildirib ki, bununla bağlı nazirliyin xüsusi layihəsi var: "Layihənin reallaşdırılması üzrə artıq aidiyyəti qurumlara təkliflər verilib. Təkliflərə cavab veriləndən sonra bu istiqamətdə işlərə başlanılacaq". V.Kərimov qeyd edib ki, yeni milli parkların ərazisi də müəyyən edilib: "Bunlar 20 min hektar Laçın rayonu, 20 min hektar Qubadlı rayonu, 107 hektar Bəsitçay qoruğu ərazisi, 2000 hektar Daşaltı dövlət təbiət qoruğu və Arazboyu təbiət yasaqlığının əraziləridir". aia.az Geri dön |