Ana Sayfa > Siyasət > ABŞ-la Avropa Birliyi arasında görüşün vaxtı bəlli oldu
ABŞ-la Avropa Birliyi arasında görüşün vaxtı bəlli oldu3-05-2016, 21:19. Yazar: admin |
ABŞ-la Avropa Birliyi arasında energetika sahəsi ilə bağlı Şura toplantısı mayın 4-də Vaşinqtonda keçiriləcək. Aia.az Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibinin mətbuat xidmətindən bildirilib. Görüşdə ABŞ dövlət katibi Con Kerri, energetika naziri Ernest Monis, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və AB-nin digər ali şəxsləri iştirak edəcək. Görüşün gündəliyi haqda məlumat yoxdur. Aia.az Geri dön |