Ana Sayfa > Şou-biznes > Repçi bu səbəbdən saxlanılıb
Repçi bu səbəbdən saxlanılıb19-10-2021, 11:45. Yazar: sevinc1 |
Sakarya bölgəsində təşkil edilən "Jungle Mood Festivali" üçün Türkiyəyə gələn Murda ləqəbli məşhur repçi Mehmet Önder Doğanın polis tərəfindən saxlanılma səbəbi bəlli olub. AİA.Az axşam.az-a istinadən xəbər verir ki, musiqiçi mahnılarında narkotik maddələrə meyillilik yaratdığı üçün hava limanında saxlanılıb. Bir gün polis bölməsində qalan və izahat verən Murda daha sonra sərbəst buraxılıb. Qeyd edək ki, bu səbəbdən repçinin 2500 nəfərlik konserti təxirə salınıb və biletlər geri qaytarılıb. Geri dön |