Ana Sayfa > Qərbi Azərbaycan > İcbari tibbi sığorta üzrə özəl xəstəxanalara məhdudiyyətlər aradan qaldırılır
İcbari tibbi sığorta üzrə özəl xəstəxanalara məhdudiyyətlər aradan qaldırılır19-10-2021, 11:22. Yazar: sevinc1 |
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən icbari tibbi sığorta xidmətləri sahəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair yekun qərar qəbul edilib. Xidmətdən aia.az-a verilən məlumata görə, işə baxılması zamanı özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən hərəkətətlərə yol verildiyi müəyyən olunub. Qərara əsasən, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə icbari tibbi sığorta xidmətləri göstərmək üçün müraciət edən özəl tibb müəssisələrinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması, həmin müəssisələrlə müvafiq müqavilənin bağlanması və antiinhisar qanunvericiliyinin pozulmasına səbəb olan digər halların aradan qaldırılması barədə göstəriş verilib. Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı artıb. Qeyd edək ki, hazırda icbari tibbi sığorta üzrə işləyən tibb müəssisələrinin sayı 19-dur. Həmin tibb müəssisələri aşağıdakılardır: Optimalda Sərfəlidir 1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs 2. Mərkəzi Klinik Xəstəxana 3. Caspian International Hospital 4. Respublika Diaqnostika Mərkəzi 5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi 6. Gəncə Beynəlxalq Xəstəxanası 7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası 8. Mərkəzi Neftçilər Xəstəxanası 9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi 10. EGE Hospital 11. Sumqayıt Hospital 12. Avrasiya Hospital 13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi 14. Leyla Medical Center 15. Badam Medical Center 16. Lor Hospital 17. Məlhəm Beynəlxalq Hospital 18. “OKİ” Özəl Tibbi Müalicəxanası 19. “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital) Geri dön |