Ana Sayfa > Gündəm > “Mənzil Hövsanda yerləşir” - Kəmaləddin Heydərovun ev verdiyi əsgər

“Mənzil Hövsanda yerləşir” - Kəmaləddin Heydərovun ev verdiyi əsgər


3-05-2016, 19:47. Yazar: admin
“Mənzil Hövsanda yerləşir” - Kəmaləddin Heydərovun ev verdiyi əsgər





“Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında rəsmi olaraq işlə təmin edildim və sabahdan işə başlayacam”.

aia.az xəbər verir ki, bu barədə ans press-ə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ev və işlə təmin etdiyi, hər iki ayağını itirmiş əsgər Sərxan Tahirzadə deyib. Qazi bildirib ki, aprelin 29-da nazir Masallıda vətəndaşları qəbul edərkən onun görüşünə gedib:

“O, mənimlə çox səmimi görüşdü və bildirdi ki, məni ev və işlə təmin edəcək. Mənə hazırda Hövsan qəsəbəsində ailəmlə qalmaq üçün ev verilib, bütün xərclərimiz qarşılanır. Mənə bildirildi ki, yaxın zamanda tikintisi bitəcək binalardan birində ev də veriləcək”.

S. Tahirzadə bildirib ki, o, FHN akademiyasında mühasibatlıq şöbəsində işlə təmin edilib.

Xatırladaq ki, Türkiyədə müalicə edilən hərbçilərdən biri olan Sərxan Tahirzadə 2014-cü ilin dekabrın 17-də vətənə qayıdıb. Onun hər iki ayağı amputasiya edilib.

aia.az
Geri dön