Ana Sayfa > Media > Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi ilə əlaqədar YAP Qazax rayon təşkilatında videokonfrans keçirilmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi ilə əlaqədar YAP Qazax rayon təşkilatında videokonfrans keçirilmişdir.


18-10-2021, 13:07. Yazar: sevinc1
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi ilə əlaqədar YAP Qazax rayon təşkilatında videokonfrans keçirilmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi ilə əlaqədar 18 oktyabr 2021-ci il tarixdə YAP Qazax rayon təşkilatında videokonfrans keçirilmişdir. Videokonfransı YAP Qazax rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Həmid Pənahov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir. Çünki dövlət müstəqilliyi hər bir xalqın tarixində əldə edə bildiyi ən yüksək nailiyyətdir. Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib. Bu inkişafın əsasını Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi siyasət təşkil edir. Tarixi proseslərin gedişi elə gətirib ki, biz bir əsrdə iki dəfə müstəqil dövlət qurmaq imkanına sahib olmuşuq. Biz dövlət müstəqilliyini əldə etmək, qorumaq və möhkəmləndirmək üçün mübarizə aparmış, şəhidlər vermiş bir xalqıq. Ona görə də müstəqillik bizim üçün bütün digər anlayışlardan daha dəyərli, daha qiymətlidir.

Videokonfransda BDU Qazax filialının direktor müavini Məmməd Yusifov, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax şəhər 3 saylı tam orta məktəbin direktoru Ruslan Rzayev, Q.Hacımahmudova adına orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış etdilər. Müstəqillik illərində ölkəmizin qazandığı nailiyyətlərdən danışdılar.

Videokonfransı YAP Qazax rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Həmid Pənahov yekunlaşdırdı.

AİA.Az


Geri dön