Ana Sayfa > Media > Şəhidin doğum günü qeyd olundu

Şəhidin doğum günü qeyd olundu


15-10-2021, 17:16. Yazar: admen
Şəhidin doğum günü qeyd olundu

44 günlük Vətən müharibəsinin şəhidi Əkbər Hüseyinlinin doğum günü oxuduğu UNEC-in nəznində Sosial-İqtisadi Kollecdə qeyd edilib.Tədbirdə kollecin rəhbər heyəti və tələbələr iştirak ediblər.
Kollecin direktoru,pedaqoji elmlər dektoru Vidadi Orucov cıxış edərək Vətən müharibəsində iştirak edən hər bir gəncin ölümün gözünə dik baxaraq döyüşlərə qatıldığını bildirdi. Şəhidlərimizin hər birinin qəhrəmanlıq dastanına cevrildiyini qeyd edən natiq daha sonra bildirdi ki,bu gün hamı Vətən müharibəsində olduğu kimi Ali Baş Komandanın ətrafında sıx birləşməlidir.
Tədbirdə kollecin tələbələri 20 yaşı qeyd olunan şəhid tələbə Əkbər Hüseyinliyə həsr etdikləri şeirləri söylədilər.
Qeyd edək ki, şəhid Əkbər Hüseyinli UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə oxuyarkən təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
O, 2001-ci oktyabrın 15-də Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açıb. Uşaqlıq illərini dogma kəndlərində keçirən Əkbər vətənpərvər ruhda böyüyüb. O, 2019-cu ildə üçüncü kursda təhsil alarkən könüllü olaraq hərbi xidmətə gedib. Əkbər Hüseynli Murovdağ istiqamətində xidmət aparıb.
Qəhrəman döyüşçümüz müharibənin ilk günlərdə Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Torpaqlarımızın işğaldan azad olunmsında rəşadətlə döyüşən Əkbər oktyabrın 4-ü ağır yaralanıb. Yaralandığını ailəsindən gizlədən qəhrəman tam sağalmamış yenidən döyüşlərə qatılıb.
Əkbər Hüseynli oktyabrın 10-da Suqovuşan uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. O, bir müddət itkin kimi bilinsə də, sonradan şəhid olduğu məlum olub.
Əkbər Hüseynli ölümündən sonra '' Vətən uğrunda'', ''Suqovuşanın azad olunmasına görə'' və ''Ağdamın azad olunmasına görə '' medalları ilə təltif edilib.

Geri dön