Ana Sayfa > Manşet / Ölkə > Deputat bəzi məmurları tənqid edib

Deputat bəzi məmurları tənqid edib


15-10-2021, 11:33. Yazar: sevinc1
Deputat bəzi məmurları tənqid edib

“Azərbaycanın bu günlərdə Qarabağda müəyyən proseslərlə qarşılaşması gözlənilən idi. Bir öldürülən əsgərimizə, 10-20 erməni əsgərinin məhv edilməsi ilə cavab verilməlidir”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, elm sahəsində plagiat baş alıb gedir: “Bu sahədə ciddi işlər görülməlidir”.

Deputat son vaxtlar məmurlardan çoxlu şikayət aldığını bildirib: “Təzə gələn məmur hamıdan ərizələrini almağa başlayır. Kütləvi şəkildə öz adamlarımı yerləşdirim deyə savadlı kadrları işdən çıxarmaq yalnız Azərbaycanda var. Bunu aradan qaldırmaq lazımdır”.

AİA.Az
Geri dön