Ana Sayfa > Qərbi Azərbaycan > Əhali xəstəxanalara ən çox bu xəstəliklərlə bağlı müraciət edib

Əhali xəstəxanalara ən çox bu xəstəliklərlə bağlı müraciət edib


15-10-2021, 11:27. Yazar: sevinc1
Əhali xəstəxanalara ən çox bu xəstəliklərlə bağlı müraciət edib

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs sistemi xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə zədələr və zəhərlənmələr ilə bağlı olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin sentyabr ayı ərzində 58 şəhər və rayonda 394 063 vətəndaşa 1 744 700 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 624 722 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 575 587-si ambulator, 169 113-ü isə stasionar şəraitdə göstərilib.

Cari ilin sentyabr ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir şəhəri (458), Yevlax rayonu (210), Şirvan şəhəri (194), Beyləqan (186), Göygöl (182), Qəbələ (181) rayonları, Gəncə şəhəri (180), Ağdaş (171), Xaçmaz (165) və Ucar (162) rayonları.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası (133 810), Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (131 128), Xaçmaz (94 075), Yevlax (76 698), Quba (72 766), Şəki (71 209), Bərdə (70 193), Ağdaş (51 843), İsmayıllı (51 639), və Astara (51 506) rayon mərkəzi xəstəxanaları.

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Xaçmaz, Yevlax, Şəki, Bərdə, Quba, Astara, İsmayıllı və Ucar rayon mərkəzi xəstəxanaları.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ağdaş və Quba rayon mərkəzi xəstəxanaları, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Qusar rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Göyçay, Şəki və Bərdə rayon mərkəzi xəstəxanaları.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs sistemi xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə zədələr və zəhərlənmələr ilə bağlı olub.

2021-ci ilin sentyabr ayında 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):

Bərdə-Yevlax TƏB (336 007), Şəki-Zaqatala TƏB (256 731), Quba-Xaçmaz TƏB (251 028), Gəncə TƏB (229 147), Göyçay-Kürdəmir TƏB (133 930), Ağdam-Ağcabədi TƏB (126 597), Dağlıq Şirvan TƏB (125 928), Şəmkir-Tovuz TƏB (96 953), Lənkəran TƏB (91 641), İmişli-Sabirabad TƏB (64 581) və Cəlilabad-Salyan TƏB (32 157).

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə sentyabr ayı ərzində 615 289 nəfərə 995 667 müraciət üzrə 2 586 220 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 2 211 137-si ambulator, 375 083-ü isə stasionar şəraitdə göstərilib.

Cari ilin yanvar-sentyabr ayları ərzində isə bütün ölkə üzrə 3 189 704 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 15 793 776 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 12 477 083-ü (79%) 18 yaşdan yuxarı, 3 316 693-ü (21%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Bundan başqa hesabat dövrü müddətində 58 şəhər və rayon üzrə 2 200 061 vətəndaşa 5 157 266 müraciət üzrə 11 721 223 tibbi xidmət göstərilib.
Geri dön