Ana Sayfa > Siyasət > Ceyhun Bayramov Lavrovla görüşüb

Ceyhun Bayramov Lavrovla görüşüb


14-10-2021, 15:42. Yazar: sevinc1
Ceyhun Bayramov Lavrovla görüşüb

14 oktyabr 2021-ci il tarixində Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər.

Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

aia.az
Geri dön