Ana Sayfa > İqtisadiyyat > ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını yeniləyib

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını yeniləyib


14-10-2021, 10:38. Yazar: sevinc1
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını yeniləyib

2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,74 milyon barel/sutka səviyyəsində gözlənilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir.

2021-ci ildə rüblük hasilat birinci rübdə 0,74 milyon, ikinci rübdə 0,69 milyon barel/sutka təşkil edib. Üçüncü rübdə hasilat 0,72 milyon, dördüncü rübdə isə 0,78 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2022-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,8 milyon barel/sutka olacaq.

Gələn il rüblük hasilat birinci rübdə 0,81 milyon, ikinci rübdə 0,8 milyon, üçüncü rübdə 0,78 milyon, dördüncü rübdə isə 0,81 milyon barel/sutka təşkil edəcək.

Əvvəlki hesabatda 2022-ci ildə Azərbaycanda neft hasilatının orta hesabla 0,78 milyon barel təşkil edəcəyi proqnozlaşdırılırdı.

2020-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,7 milyon barel, 2019-cu ildə 0,78 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2020-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,67, 0,69, 0,66 və 0,69 milyon barel təşkil edib.

aia.az
Geri dön