Ana Sayfa > İdman > De Byazi Azərbaycan millisindən getməyə razıdır

De Byazi Azərbaycan millisindən getməyə razıdır


14-10-2021, 09:30. Yazar: sevinc1
De Byazi Azərbaycan millisindən getməyə razıdır

Milli komandamızın baş məşqçisi Canni De Byazi Kosovo yığmasını çalışdırmaq istəyir.

İtaliyalı mütəxəssis bunu "indeksonline" nəşrinə açıqlamasında deyib. 65 yaşlı məşqçi təkliflərə açıqa olduğunu bildirib:

"Mənə belə bir təklif gəlsə, qəbul edərəm. 1 aydan sonra AFFA ilə müqaviləm başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı. Bernar Şallandın Kosovo yığmasından istefa verməsinə təəssüfləndim. Onu yaxşı tanıyıram. Amma məşqçi işi belədir".

Qeyd edək ki, 2020-ci ilin iyulunda millimizə baş məşqçi təyin edilən De Byazinin müqaviləsi DÇ-2022-nin seçmə mərhələsinin sonuna - noyabra qədərdir.

AİA.Az
Geri dön