Ana Sayfa > Şou-biznes > "Oğlum turet sindromundan əziyyət çəkir" - Xalq artisti
"Oğlum turet sindromundan əziyyət çəkir" - Xalq artisti13-10-2021, 15:46. Yazar: sevinc1 |
"Bacımı itirəndən sonra ağır stress keçirdim, başımı itirdim. Bir bacım çox ağlayırdı. Həyat ağ-qara, xeyir-şər, isti-soyuqdur. İnsan övladı üçün dik durmağı bacarmalıdır. İndi gündə 7 dərman qəbul edirəm". AİA.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "7 canlı" proqramında deyib. Xanəndə övladı Kazımın xəstəliyindən danışıb: "Mənim yeganə oğlum gündə 4 dərman içir. Şəkər xəstəliyindən və turet sindromundan (spesifik psixonevroloji pozuntudur) əziyyət çəkir. Gün ərzində ona güclə yemək yedizdirirəm. Hormonal dərmanlar onu şişirdib". AİA.Az Geri dön |