Ana Sayfa > Media > YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidin məzarını ziyarət ediblər

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidin məzarını ziyarət ediblər


13-10-2021, 15:30. Yazar: sevinc1
YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhidin məzarını ziyarət ediblər

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Sabirabad şəhər sakini Ağayev Ramil Ağarəhim oğlunun şəhadətinin ildönümünə həsr olunmuş mərasimdə iştirak etmiş, şəhidin valideynlərinə dərin hüznlə başsağlığı vermişdir. Daha sonra şəhidin məzarı ziyarət olunmuş, məzarı üzərinə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət etsin!
Geri dön