Ana Sayfa > Cəmiyyət > AZAL və Airbus aviaşirkətin hava gəmiləri parkının yenilənməsi imkanını müzakirə ediblər

AZAL və Airbus aviaşirkətin hava gəmiləri parkının yenilənməsi imkanını müzakirə ediblər


13-10-2021, 15:02. Yazar: sevinc1
AZAL və Airbus aviaşirkətin hava gəmiləri parkının yenilənməsi imkanını müzakirə ediblər

13 oktyabr 2021-ci il, Bakı - AZAL-ın prezidenti Cahangir Əsgərov oktyabrın 13-də “Airbus Group”un Şərqi və Şimali Avropada satış üzrə regional direktoru Sergey Nedbaylo ilə görüşüb.

Danışıqlar zamanı tərəflər ikitərəfli təşəbbüslər çərçivəsində çoxillik əməkdaşlığı müzakirə ediblər və şirkətlər arasında qarşılıqlı fəaliyyətin uğurlu təcrübəsini vurğulayıblar.

O cümlədən, “Azərbaycan Hava Yolları” aviaşirkətinin mövcud təyyarə parkının 2030-cu ilə qədər yenilənməsi barədə ilkin razılıq əldə edilmişdir. Belə ki, müəyyən edilən dövrdə Airbus Group tərəfindən aviaşirkətə mövcud Airbus A319 və Airbus A320 təyyarələri əvəzinə yeni nəsil Airbus A320neo və Airbus A321neo tipli 20-dək təyyarə təchiz edilə bilər.

Tərəflər əvvəlcədən sözügedən müasir hava gəmilərinin alınmasına dair təkliflər hazırlamaq barədə razılığa gəliblər. Bu təkliflər sonradan “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.

Görüşdə həmçinin mülki aviasiyanın hazırkı vəziyyəti, pandemiyanın təsiri və koronavirus infeksiyasının mülki aviasiya sahəsinə yayılmasının nəticələri barədə fikir mübadiləsi aparılıb.

AİA.Az

Geri dön