Ana Sayfa > Siyasət > Ceyhun Bayramov Belarusa səfərə gedib

Ceyhun Bayramov Belarusa səfərə gedib


13-10-2021, 14:43. Yazar: sevinc1
Ceyhun Bayramov Belarusa səfərə gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa səfərə gedib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, Azərbaycan xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

aia.az
Geri dön