Ana Sayfa > İqtisadiyyat > Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb
Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlanıb13-10-2021, 12:24. Yazar: sevinc1 |
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1 020 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 137 obyekt daha çoxdur. Trend bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir. Məlumata görə, 2021-ci ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 162 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-ci ilin sentyabrından 21 obyekt azdır. 2021-ci ilin sentyabr ayında Türkiyədə 147 143 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz çoxdur. Sentyabrda Türkiyədə 6 630 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz çoxdur. aia.az Geri dön |