Ana Sayfa > İqtisadiyyat > Pərviz Şahbazov Rusiyaya səfərə gedib

Pərviz Şahbazov Rusiyaya səfərə gedib


13-10-2021, 10:56. Yazar: sevinc1
Pərviz Şahbazov Rusiyaya səfərə gedib

Energetika naziri Pərviz Şahbazov Rusiyaya səfərə gedib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, P.Şahbazov Rusiya Prezidentinin köməkçisi Anton Kobyakov və Rusiya Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə Rusiyaya səfər edib.

13-15 oktyabr tarixlərində Moskva şəhərində təşkil olunan “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək nazir "Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?" adlı sessiya üzrə müzakirələrə qatılacaq.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər də nəzərdə tutulur.

aia.az
Geri dön