Ana Sayfa > Karusel / Təhsil > Azərbaycanda məktəbli koronavirusdan vəfat etdi

Azərbaycanda məktəbli koronavirusdan vəfat etdi


13-10-2021, 10:56. Yazar: sevinc1
Azərbaycanda məktəbli koronavirusdan vəfat etdi


Sumqayıt şəhərində koronavirusa yoluxan 9-cu sinif şagirdi xəstəxanada vəfat edib.

Sumqayıt şəhər Yusif Məmmədəliyev adına tam orta məktəbdən aia.az-a verilən məlumata görə məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Qeyd edilib ki, oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib:

"Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.

aia.az
Geri dön