Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 1 277 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Azərbaycanda 1 277 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib


12-10-2021, 15:35. Yazar: sevinc1
Azərbaycanda 1 277 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 494 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 514 nəfər müalicə olunaraq sağalıb, 6 692 nəfər vəfat edib, aktiv xəstə sayı 12 861 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 569, ötən müddət ərzində isə ümumilikdə 4 969 881 test aparılıb.

aia.az
Geri dön