Ana Sayfa > Karusel / Ölkə > Lerikdə qaya uçqunu olan yolda hərəkət tam bərpa edilib
Lerikdə qaya uçqunu olan yolda hərəkət tam bərpa edilib12-10-2021, 13:36. Yazar: sevinc1 |
![]() Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub. Bu barədə aia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd edək ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrində qaya uçqunu hadisəsi baş verib. Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. aia.az Geri dön |