Ana Sayfa > Ölkə > Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq
Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq12-10-2021, 12:00. Yazar: sevinc1 |
![]() Bakının Yasamal rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq. Bu barədə aia.az-a "Azərsu" ASC-dən məlumat verilib. Məlumatda bildirilir ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 12 oktyabr 2021-ci il tarixində Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. aia.az Geri dön |