Ana Sayfa > Gündəm > Əli Hüseynli "Müstəqillik Günü haqqında" layihə ilə bağlı iradlara cavab verib
Əli Hüseynli "Müstəqillik Günü haqqında" layihə ilə bağlı iradlara cavab verib12-10-2021, 11:52. Yazar: sevinc1 |
“Dünən 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Burada qanunun mənası nəyisə bərabərləşdirmək deyil. Qanun dəqiqləşdirilir. Bu, qanunun predmeti deyil”. Bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik Günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, qanunla bağlı Əmək Məcəlləsinə də dəyişiklik ediləcək. Komitə sədri hesab edir ki, orada dəyişikliklər bayram günü və ya qeyri-iş günü ilə bağlı olmayacaq. O bildirib ki, bu dəyişikliklər texniki xarakter daşıyacaq. AİA.Az Geri dön |