Ana Sayfa > İdman > Mahir Emreli koronavirusa yoluxdu
Mahir Emreli koronavirusa yoluxdu12-10-2021, 09:39. Yazar: sevinc1 |
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib. Bununla bağlı AFFA məlumat yayıb. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək. Qeyd edək ki, Serbiya - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə 22:45-də start götürəcək. AİA.Az Geri dön |