Ana Sayfa > Karusel / Təhsil > Bakıda daha bir sinif koronavirusa görə distant təhsilə keçdi

Bakıda daha bir sinif koronavirusa görə distant təhsilə keçdi


11-10-2021, 17:37. Yazar: sevinc1
Bakıda daha bir sinif koronavirusa görə distant təhsilə keçdi


Bakı şəhəri 51 nömrəli tam orta məktəbin 1a sinfinin müəlliminin COVİD-19 infeksiyasına yoluxduğu təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə aia.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd edilib ki, eyni zamanda paytaxtdakı 225 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavininin COVİD-19 infeksiyasına yoluxduğu təsdiq olunub. O, digər şəxslərlə təmasda olmadığına görə məktəbdə heç bir sinif distant təhsilə keçməyib. Hər iki məktəbdə əyani təhsil davam edir.

aia.az
Geri dön