Ana Sayfa > Ölkə > Sumqayıtda 29 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb

Sumqayıtda 29 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb


11-10-2021, 09:53. Yazar: sevinc1
Sumqayıtda 29 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb

Şəhər prokurorluğundan aia.az-a verilən məlumata görə, oktyabrın 10-u saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

aia.az
Geri dön