Ana Sayfa > Seçki 2024 > Azərbaycanda dolu ən çox hansı rayonlara düşür? - Statistika

Azərbaycanda dolu ən çox hansı rayonlara düşür? - Statistika


11-10-2021, 09:11. Yazar: sevinc1
Azərbaycanda dolu ən çox hansı rayonlara düşür? - Statistika

Azərbaycanda dolu ən çox qərb və şimal bölgələrə düşür.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin statistikasına istinadla məlumat verir.

Son 11 ilin göstəricilərinə əsasən, dolunun düşmə intensivliyi Qazax, Tovuz, Gədəbəy, Ağstafa, Göygöl, Gəncə, İsmayıllı, Qəbələ, Şəki, Qax və Qubada ən yüksək səviyyədə olub.

Bu müddət ərzində həmin ərazilərə 46-50 dəfə dolu düşüb.

Cənub bölgələrində, o cümlədən Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astarada, həmçinin bəzi aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının Babək rayonunda isə son 11 ildə 11-25 dəfə dolu müşahidə olunub.

Statistikaya görə, bu müddət ərzində dolunun düşmə intensivliyi ən aşağı olan bölgələr isə Saatlı, Ağcabədi, Xızı, Şirvan, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Ordubad, Şərur, Sədərək rayonları olub.

AİA.Az
Geri dön