Ana Sayfa > İdman > UEFA Millətlər Liqası finalının ən yaxşı futbolçusu məlum olub

UEFA Millətlər Liqası finalının ən yaxşı futbolçusu məlum olub


11-10-2021, 09:00. Yazar: sevinc1
UEFA Millətlər Liqası finalının ən yaxşı futbolçusu məlum olub

Fransanın futbol üzrə yığmasının hücumçusu Kerim Benzema UEFA Millətlər Liqasının final matçının İspaniya milli komandası ilə qarşılaşmasının (2:1) ən yaxşı oyunçusu seçilib.

Bu barədə UEFA-nın mətbuat xidməti bildirib.

Benzema yarışın finalında Fransa komandasının ilk qolunu vurub.

Qeyd edək ki, hesabı 64-cü dəqiqədə İspaniya yığmasından Mikel Oyarsabal açıb. Bundan cəmi 2 dəqiqə sonra Kərim Benzema bərabərlik qolunu vurub. Qarşılaşmanın 80-ci dəqiqəsində isə Kilian Mbappe Fransa yığmasının qələbə qolunu vurub.

Fransa tarixdə ikinci dəfə Millətlər Liqasının qalibi olub. İlk qalib adını 2019-cu ildə Portuqaliya yığması qazanıb.

AİA.Az
Geri dön