Ana Sayfa > Karusel / Dünya > Merkel İranın nüvə proqramı ilə bağlı vəziyyəti kritik adlandırıb

Merkel İranın nüvə proqramı ilə bağlı vəziyyəti kritik adlandırıb


11-10-2021, 08:44. Yazar: sevinc1
Merkel İranın nüvə proqramı ilə bağlı vəziyyəti kritik adlandırıb

İranın nüvə proqramı ilə bağlı vəziyyət "həlledici həftələr" ilə üz-üzədir və Rusiya ilə Çinin üzərinə Birləşmiş Hərtərəfli Fəaliyyət Planını (BHFP) saxlamaq üçün xüsusi məsuliyyət düşür.

Bunu İsrailə səfəri çərçivəsində Almaniyanın Kansleri Angela Merkel deyib.

A.Merkel bildirib: "İranın uranın zənginləşdirməsindəki irəliləyişini izlədikcə bu məsələnin aktuallaşdığını görürük".

Kansler qeyd edib ki, BHFP-ni heç vaxt ideal saziş hesab etməyib, amma hazırda Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bundan yaxşı bir yol yoxdur:

"Danışıqlarsız keçən hər bir gün uranın zənginləşdirilməsi artırılır. Bu, özlüyündə kritik bir vəziyyətdir. Bu mövzuda qarşımızda həlledici həftələr var. Burada hesab edirəm ki, müəyyən məsuliyyət Rusiya və Çinin üzərinə düşür".

AİA.Az
Geri dön