Ana Sayfa > Seçki 2024 > YAP Samux rayon təşkilatının nümayəndələri yaralanmış Vətən Müharibəsi qazilərini evlərində ziyarət ediblər

YAP Samux rayon təşkilatının nümayəndələri yaralanmış Vətən Müharibəsi qazilərini evlərində ziyarət ediblər


8-10-2021, 15:25. Yazar: sevinc1
YAP Samux rayon təşkilatının nümayəndələri yaralanmış Vətən Müharibəsi qazilərini evlərində ziyarət ediblər


YAP Samux rayon təşkilatında torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan Vətən övladları daim diqqətdə saxlanılır. 08.10. 2021-ci il tarixində YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsində yaralanmış qazilərimiz ziyarət edildi. Ziyarətdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və təşkilatın nümayəndələri iştirak etdilər.

Nümayəndələr Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə yaralanmış Samux rayonu Lək kəndindən olan qazilərimiz Vəliyev Kamal Cahangir oğlunu və Abdullayev Fərhad Ruhlan oğlunu ziyarət etdilər. Ziyarətçilər yaralanmış hərbiçilərin problemləri ilə maraqlanıb, onlara ərzaq yardımları çatdırdılar.

Keçirilən görüşlərdə səmimi söhbət edən qazilərimiz 44 günlük vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, Azərbaycan ordusunun düşmən üzərində göstərdiyi misilsiz şücaətdən danışıb, öz döyüş xatirələrini bölüşdülər.

Görüşlərdə qeyd olundu ki, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.Daha sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, şəhid ailələri və qazilərimiz daima dövlətin diqqət mərkəzindədir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir.

aia.az

Geri dön