Ana Sayfa > Şou-biznes > "WhatsApp" üç gün müddətinə bağlanacaq

"WhatsApp" üç gün müddətinə bağlanacaq


3-05-2016, 11:47. Yazar: admin
"WhatsApp" üç gün müddətinə bağlanacaq



Brazilyada "WhatsApp" mesajlaşma tətbiqi üç gün müddətinə bağlanıb.Aia.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Brazilyanın Sergipe əyalətində Marsel Maia Montalvao adlı məhkəmə hakimi "WhatsApp" tətbiqinin bu gündən etibarən üç gün müddətinə ölkə üzrə bağlanması haqda qərar verib. Səbəb kimi "Facebook"un Latın Amerikası üzrə sədr müavininin polisə tətbiqin istifadəçiləri ilə bağlı məlumatın verməməsi göstərilib.

Mart ayında bu məsələ ilə bağlı "Facebook"un rəsmi nümayəndəsi Diyeqo Dzodan məsuliyyətə cəlb olunmuşdu. Bir gün sonra isə azadlığa buraxılmışdı.

Qeyd edək ki, hələ dekabr ayında eyni səbəblə "WhatsApp" tətbiqinin bağlanması ilə bağlı qərar verilmişdi.

Aia.az
Geri dön