Ana Sayfa > Seçilənlər-2 > Azərbaycanda radikal dindarlara qarşı xüsusi əməliyyat

Azərbaycanda radikal dindarlara qarşı xüsusi əməliyyat


3-05-2016, 11:45. Yazar: admin



Zaqatalada polis genişmiqyaslı əməliyyat keçirib, saxlanılanlar var.

"Report" xəbər verir ki, əməliyyat nəticəsində 10-a yaxın radikal dini cərəyanın nümayəndələri saxlanılıb.

Onlardan qadağan olunmuş dini ədəbiyyat, xeyli sayda silah-sursat, o cümlədən qumbaralar götürülüb.

Xatırladaq ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib. Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir

Aia.az
Geri dön