Ana Sayfa > Parlament > Ünvanlı sosial yardımın məbləği artıb
Ünvanlı sosial yardımın məbləği artıb7-10-2021, 10:58. Yazar: sevinc1 |
2021-ci ilin sentyabr ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği artıb. Bu barədə aia.az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Rəsmi məlumata görə, ÜDYS 234,6 manatdan 266,6 manata çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6% artım deməkdir. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyacı meyarı 170 manatdır. Əgər ailədə 8 yaşından kiçik uşaq varsa, məşğulluq tələbi ana üçün tətbiq olunmur. Belə olduğu halda ata minimum əməkhaqqı, yəni 250 manat alırsa, o zaman ailənin ümumi ehtiyac meyarından bu məbləğ çıxılır və yerdə qalan məbləğ ünvanlı dövlət sosial yardımı şəklində verilir. aia.az Geri dön |