Ana Sayfa > Gündəm > Sabiq nazir müavininə yeni vəzifə verildi
Sabiq nazir müavininə yeni vəzifə verildi7-10-2021, 09:54. Yazar: sevinc1 |
![]() Ötən il Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilən İlham Quliyevə yeni vəzifə verilib. AİA.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sabiq nazir müavini Azərsu Açıq Səhmdar Cəmiyyətində idarə rəisinin müavini vəzifəsinə təyin olunub. Yeni təyinatı İlham Quliyev açıqlamasında təsdiqləyib. Qeyd edək ki, İlham Quliyev 1994-cü ildən 2020-ci ilin avqust ayınadək Kənd Təsərüfatı Nazirinin müavini vəzifəsində çalışıb. Prezidentin sərəncamı ilə ötən il 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Geri dön |