Ana Sayfa > Qərbi Azərbaycan > Amerika-Sinqapur Tibb Universitetinin alimi yeni pandemiya barədə xəbərdarlıq edib

Amerika-Sinqapur Tibb Universitetinin alimi yeni pandemiya barədə xəbərdarlıq edib


7-10-2021, 08:34. Yazar: sevinc1
Amerika-Sinqapur Tibb Universitetinin alimi yeni pandemiya barədə xəbərdarlıq edib

Sars-CoV-2 koronavirusu insanlardan heyvanlara qayıda və bir sıra mutasiyalardan sonra ən yeni Sars-CoV-3 olaraq yenidən insanlara qayıda bilər. Bu isə yeni pandemiyanın başlanğıcı deməkdir.

"AİA.Az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Cənub-Şərqi Asiya Millətləri Birliyinin (ASEAN) sağlamlıq problemləri üzrə nazirlər toplantısında Amerika-Sinqapur Tibb Universitetindən olan professor Vanq Linfa bildirib.

Professor xatırladıb ki, Sars-CoV-2-nin Asiyada yarasalardan insanlara başqa heyvan vasitəsilə keçdiyi aşkar edilib.

"Koronavirus infeksiyasının insandan heyvana keçmə halları da məlumdur, pandemiya zamanı ev heyvanlarının öz sahiblərindən koronavirusa yoluxması halları dəfələrlə qeydə alınıb. Məsələn, xəstəliyə yoluxmuş şəxs yarı yeyilmiş meyvələri bir yerə atır və yarasa tərəfindən yeyilir", - Linfa qeyd edib.

Professor yeni pandemiyaya hazırlıq tədbirləri olaraq, yarasalar və digər vəhşi heyvanlarda ortaya çıxan yeni virusların diqqətlə izlənilməsini, bu cür virusların insanlara keçmə potensialını və daha çox inkişaf etməsinin araşdırılmasını təklif edib.
Geri dön