Ana Sayfa > Siyasət > Türkiyədə millət vəkilləri arasında dava düşdü
Türkiyədə millət vəkilləri arasında dava düşdü3-05-2016, 10:40. Yazar: admin |
Türkiyə Böyük Millətlər Məclisinin Konstitusiya Komissiyasının iclasında Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyasının (HDP) millət vəkilləri arasında dava düşüb. Aia.az-in məlumatına görə, ədalət naziri Bekir Bozdağın ötən həftə komissiyada baş verən davada məsləhətçilərin də iştirak etdiyini söyləməsinə HDP-li deputatlar reaksiya göstərib. AKP-li deputatlar da bu vəziyyətə qarşılıq verdikdən sonra müzakirələr davaya çevrilib. AKP və HDP-li millət vəkilləri bir-birlərinə yumruq və təpik atıb. Masaların üzərinə çıxan millət vəkilləri əllərinə keçənləri bir-birinin başına tullayıb. Döyüş anı komissiyada olan digər şəxslər tərəfindən kameraya çəkilib. TBMM Konstitusiya Komissiyasında baş verən döyüşdən sonra HDP və CHP-li üzvlər komissiya iclasının təxirə salınmasını istəyib. Səs vermədə komissiyanın işlərə davam etməsi qərarı alınıb. Aia.az Geri dön |