Ana Sayfa > Karusel / Gündəm > "Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq" - Paşinyandan ETİRAFLAR
"Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq" - Paşinyandan ETİRAFLAR6-10-2021, 10:56. Yazar: sevinc1 |
![]() Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa ilə bağlı danışıb. Unikal.org xəbər verir ki, Paşinyan sözlərinə görə, müharibədən yayınmaq üçün torpaqları geri qaytarılmalı idi: “Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”. Şuşa barədə də danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib: “Bu gün əlehdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikililib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”. AİA.Az Geri dön |