Ana Sayfa > Ölkə > Bakıda orta məktəb şagirdini avtomobil vurub

Bakıda orta məktəb şagirdini avtomobil vurub


6-10-2021, 08:59. Yazar: sevinc1
Bakıda orta məktəb şagirdini avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Ədalət oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

AİA.Az
Geri dön