Ana Sayfa > İqtisadiyyat > Dollar krediti ilə bağlı şok təklif: kreditlər silinir və...

Dollar krediti ilə bağlı şok təklif: kreditlər silinir və...


3-05-2016, 10:30. Yazar: admin



Dollar kreditləri ilə bağlı yeni təklif hazırlanır.

Belə ki, təkliflərdə əhalinin banklara olan min dollara qədər borclarının silinməsi nəzərdə tutulur. Bundan yuxarı məbləğlər üçün isə kredit yükünü azaldacaq tədbirlər planı hazırlanır.

Mili Məclisin müvafiq komitə üzvləri dollar krediləri ilə bağlı tədbirlər planı hazırlayır. Təklifdə xarici valyutada kredit götürən şəxslərin vəziyyətini yaxşılaşdıracaq yeni mexanizmin tətbiqi nəzərdə tutulur.

Təklifdə həmçinin, 5 mindən yuxarı dollarla olan kreditlərə güzəştlərin edilməsi də nəzərdə tutulur. Bu kreditlər üçün orta məzənnənin tətbiq edilməsi, onların manata çevrilməsi və ya Amerika Birləşmiş Ştatları valyutasına nisbətən məzənnəsinin müəyyənləşdirilməsi məqsədə uyğun hesab edilir. Məzənnənin isə 1.2 və ya 1.25 səviyyəsində hesablanması təkif olunur. Ekspertlər bildirirlər ki, bunu yalnız bankın öhdəsinə buraxmaq olmaz.

Qeyd edək ki, yaxın vaxtlarda təklifin aidiyyatı orqanlara təqdim ediləcəyi gözlənilir. Hesab olunur ki, bu addım əhalinin borcunu azaltmaqla, həm problemli kreditlərin səviyyəsini aşağı salacaq, həm də vətəndaşın nağd pul kütləsini əlində saxlamasına imkan verəcək.

Aia.az
Geri dön