Ana Sayfa > Karusel / Media > İşdən çıxarılan icra başçısına PA-da vəzifə verildi
İşdən çıxarılan icra başçısına PA-da vəzifə verildi5-10-2021, 17:43. Yazar: sevinc1 |
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. aia.az Musavat.com-a istinadən xəbər verir ki, işdən çıxarılan İbrahim Mustafayev Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə şöbəyə müdir müavini təyin edilib. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri, Prezidentinin köməkçisi Zeynal Nağdəliyevdir. Qeyd edək ki, İbrahim Mustafayev 2018-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi. aia.az Geri dön |